Toydan qayıdanlar qəzaya düşdü - 8 ölü, 9 yaralı
1-09-2022, 09:20

Türkiyənin Sivas vilayətində mikroavtobus yük maşını ilə toqquşub.

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 9-u isə yaralanıb.

Hadisə Kanqal rayonunda qeydə alınıb. Məlumata görə, mikroavtobusda olan şəxslər Bursadan toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.





up