Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib
28-08-2022, 17:46

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

AZİNFORM.AZ xəbər verir ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Daşkəsən rayon sakinləri 34 yaşlı Elçin Əliyev və 30 yaşlı Elçin Aslanov, Tovuz rayon Düz Cırdaxan kənd sakini 32 yaşlı Müşfiq İslamzadə Tovuz Rayon Mərkəzi Xəstəxanasında yerləşdiriliblər. Sonuncunun idarə etdiyi VAZ markalı avtomobildə olan azyaşlı bacısı uşağı isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müşfiq İslamzadənin isə vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

 





up