Monteneqronun "turizm paytaxtı" Budva şəhərindəki böyük oteldə kütləvi qida zəhərlənməsi qeydə alınıb.
96 əcnəbi turist yaşadıqları oteldə yeməkdən zəhərlənib və onlardan 30 nəfəri xəstəxanaya yerləşdirilib.
"Ötən gecə saat 22:00 radələrində Kotor xəstəxanasına 30 xəstə gətirilib. Hərtərəfli diaqnostika aparılıb. Bütün xəstələr yaxşı vəziyyətdə evə buraxılıblar", - deyə xəstəxananın baş həkimi Davor Kumburiviç deyib.
Bildirilir ki, oteldə qalan Polşa, İtaliya və Xorvatiyadan olan turistlər gün ərzində kütləvi şəkildə Çetinye, Bar və Kotor şəhərlərində xəstəxanalara müraciət ediblər. /trend/