Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğın olub.
FHN-dən AZİNFORM.AZ-a verilən məlumata görə, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 1200 m² olan quşçuluq fermasının dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.