Azərbaycanda yeni doğulan körpə xəstəxanada ÖLDÜ
22-08-2022, 11:00

Yeni doğulan uşağın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-də ölməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini, 25 yaşlı ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.





up