Sumqayıtda xəstəxanada yanğın olub
21-08-2022, 20:22

Sumqayıtda xəstəxananın həyətində yanğın baş verib.

AZİNFORM.AZ xəbər verir ki, söhbət Travmatologiya Xəstəxanasından gedir.

Yanğın xəstəxananın həyətindəki yarımtikilidə baş verib.

FHN-dən AZİNFORM.AZ-ın sorğusuna verilən cavabda yanğın faktı təsdiq edilib. Bildirilib ki, hazırda əraziyə yanğınsöndürən maşınlar cəlb olunub:

"Hazırda yanğının söndürülməsi tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək".





up