Bakıda zibil qabında yararsız pullar tapıldı- VİDEO
12-08-2022, 12:31

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

Azinform.az xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əskinaslar öz əksini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutlarından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əskinasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.//Baku.ws





up