YAP-ın təşkilat sədrinin müavini yol qəzasında öldü
2-08-2022, 20:38

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

APA-nın xəbərinə görə, qəzada ölən şəxs Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

 





up