İki qadını öldürüb yandıran şəxslərin daha bir cinayətləri məlum oldu
1-08-2022, 12:18

Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulan E.Bağırovun, Q.Quliyevin və oğurluq etdiyinə görə tutulan A.Tağıyevin daha bir cinayət əməli üzə çıxıb.

DİN-in mətbuat ximətindən AZİNFORM.AZ-a verilən xəbərə görə, onların ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Məşədilər kənd sakini S.Səfərovla birgə iyulun 5-də İbrahimhacılı kəndindəki daha bir evdən pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları və evi yandırmaları da müəyyən olunub.





up