İki qadını öldürən uşaqlar görün kim imiş - Hadisənin şok təfərrüatı
28-07-2022, 19:17

Tovuzda iki qadını öldürən yeniyetmələrin başqa cinayətlərinin üstü açılıb. 

Daxili İşlər Nazirliyindən AZİNFORM.AZ-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar.

Araşdırma aparılır.

Onlar oğurluq məqsədilə girdikləri evdə iki qadını öldürüb, mənzildən 65 manat pul götürərək evi yandırıblar.




up