Bakıda 16 yaşlı gənc İTKİN DÜŞDÜ
1-08-2022, 09:58

Bakıda 16 yaşlı gənc itkin düşüb.

AZİNFORM.AZxəbər verir ki, hadisə iyulun 28-i saat 20:00 radələrində Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Habil oğlu yaşadığı mənzildən
çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.





up