"KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var - FOTOLAR
31-07-2022, 13:05

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ  xəbər verir ki, bu gün saat 10:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində hərəkət edən "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub.

Hadisə zamanı sürücülərdən biri, Bakı sakini, 1985-ci il təvəllüdlü Hacıyev Ruslan Vaqif oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, sərnişini, Cülyan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynov Həsən Müşfiq oğlu xəsarət alıb. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /apa/

 





up