ŞOK HADİSƏ: Azərbaycanda toyda qan töküldü
31-07-2022, 10:36

Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb





up