DİGƏR XƏBƏRLƏR
Xəbər verdiyimiz kimi, Dünən axşam saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.
AZİNFORM.AZ xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə həmin şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.
Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Hal-hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.