Beyləqanda sümük qalıqları aşkarlandı - Araşdırma aparılır
25-07-2022, 18:58

Beyləqan rayonun ərazisində naməlum sümük qalıqları aşkar edilib. 

AZİNFORM.AZ xəbər verir kiqalıqlar su kanallarından birinin yaxınlığında aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı oxu.az-a bildirib ki, Beyləqan rayonu ərazisində naməlum sümük qalıqlarının aşkar edilməsi ilə əlaqədar DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub:

“Dərhal rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları həmin əraziyə gediblər. Sümüklər aidiyyəti üzrə götürülüb və ekspertizaya təqdim olunub. Məsələ ilə bağlı araşdırma aparılır”.





up