Yolu keçmək istəyən 3 azyaşlını maşın vurdu - FOTO
24-07-2022, 18:59

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları "Moskviç" markalı minik avtomobili vurub. Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır./trend/

 





up