Cəlilabadda Faciə: Qardaşı arvadını hamamda başqa kişi ilə tutub öldürdü - TƏFƏRRÜAT
22-07-2022, 11:29

İyulun 22-də saat 4 radələrində Könül Şahmarova və Ruslan Qarayevin qətli ilə bağlı təfərrüatı məlum olub.

Onlar intim münasibətdə olan zaman qətlə yetiriliblər.

Uzuntəpə kənd sakini Allahşükür Qarayevin oğlu Ruslan Qarayev gecə 4 radələrində Cəlilabad rayonunun Kirovka qəsəbəsində Könül Şahmarovanın yaşadığı evə gedib və onunla hamamda intim münasibətə girib.

Bu zaman evə gələn K.Şahmarovanın qaynı Elşən Məmmədov baş verənləri görüb və hər iki şəxsi qətlə yetirib./oxu.az/

***09:54

Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.





up