İcra başçısının nümayəndəsi həbs olundu
20-07-2022, 13:30

Astara rayonunda icra nümayəndəsi həbs olunub.
AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran
kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Astara RİH-nin başçısı Qəzənfər Ağayevdir.




up