DİGƏR XƏBƏRLƏR
Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
AZİNFORM.AZ “report”a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobillə digər minik avtomobili toqquşub. Hadisə zamanı “Toyota” hasara çırpılıb, digər avtomobil isə yolun kənarına aşıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.