Minik maşınları toqquşdu, “Prius” aşdı - ANBAAN VİDEO
6-07-2022, 17:36

Bakıda iki avtomobilin toqquşma anı anbaan kameraya düşüb.

AZİNFORM.AZ-ın xəbərinə görə, hadisə Bakı Olimpiya stadionunun yaxınlığında baş verib.

Belə ki, Toyota Prius markalı avtomobil hərəkətdə olarkən qarşısına digər minik maşını çıxıb. Bu zaman Toyota Prius həmin avtomobilə çırpılıb və bir necə dəfə aşıb.

Qəza zamanı xəsarət alanlar barədə heç bir məlumat yoxdur.

AZİNFORM.AZ





up