Kürə aşan avtomobil polis maşınıdı - FHN MƏLUMAT YAYDI
17-07-2022, 12:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.

 AZİNFORM.AZ xəbər verir ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 

Əlavə məlumat veriləcək.

 Qeyd edək ki, Kürə aşan avtomobil polis maşını olub.





up