Bakıda FHN xilasediciləri 10 yaşlı yeniyetmə üçün səfərbər oldu – VİDEO
12-06-2022, 13:31

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.


AZİNFORM.AZ xəbər verir ki, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2012-ci il təvəllüdlü vətəndaşın barmağında dəmir halqa qalaraq barmağın şişməsinə və xəsarət almasına səbəb olub.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsib çıxarıblar.





up