Nəhəng dalğa 8 nəfəri “uddu” — VİDEO
14-07-2022, 02:30

Omanda nəhəng dalğa 8 nəfərlik ailəni suya sürükləyib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Al Arabiya News”a məlumat yayıb.

Bildirilib ki, faciə turistlərin istirahət etdiyi Muqsail çimərliyində dalğanı seyr edən zaman baş verib.

Məlumata görə, biri uşaq olmaqla iki nəfər ölüb, üç nəfər xilas edilib. Daha üç nəfər itkin düşmüş hesab olunur. /qafqazinfo/





up