Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov intihar edən qazi Elvin Cəfərovun yas mərasimində iştirak edib.
AZİNFORM.AZ xəbər verir ki, qazinin yas mərasimi Sabirabadda keçirilib və mərhum torpağa tapşırılıb.
Yas mərasimində Sabirabadın icra başçısı Siraqəddin Cabbarov da iştirak edib.
Jurnalistlərin suallarını cavablandıran başçı hadisə ilə bağlı açıqlamalar verib.
O, qaziyə diqqət göstərildiyini və tələblərinin həyata keçirildiyini deyib:
“Hər həftənin 4-cü günü rəsmi qaydada qəbul keçirirəm. Elvin Cəfərovla da dəfələrlə görüşüm olub. Qəbul günüm olmayanda da onu qəbul etdim. Onun icra nümayəndələri, bələdiyyə tərəfindən hansı tələbləri olubsa, imkan daxilində həyata keçirilib. Son hallarından xəbərim olmayıb.
O, özünü İcra Hakimiyyəti qarşısında yox, Mədəniyyət Sarayının qarşısında yandırıb. Bu məsələ Prokurorluq, hüquq mühafizə orqanlarının işidir. Onlar araşdırır. Hadisə psixoloji durumdan baş veribsə, o da üzə çıxacaq”.