DİGƏR XƏBƏRLƏR
Valideyn məsuliyyətsizliyi ağır qəzaya səbəb olacaqdı. Görüntülər sosial şəbəkələrdə yayılıb.
AZİNFORM.AZ xəbər verir ki, “Niva” markalı avtomobilin qarşısına qaçan uşaq qorxulu anlar yaşayıb.
Belə ki, sürətli yolda avtomobili saxlayıb maşından düşən valideynlər uşağı nəzarətsiz qoyub. Uşaq isə qəflətən köməkçi yolla yolu keçməyə çalışıb.
Bu zaman hərəkətdə olan avtomobilin sürücüsü uşağı vurmamaq üçün əyləcdən istifadə edərək maşını sağa qaçırtmaqla qəzanın qarşısını ala bilib. Maraqlıdır ki, uşağın yaxınları öz səhvlərini etiraf etmək əvəzinə sürücünün üzərinə hücum çəkərək onu borclu çıxarıblar.
Görüntüləri təqdim edirik: