Xaçmazın Qusarçay kəndində bədbəxt hadisə baş verib. Gecə saatlarında elektrovoz kənd sakinini vuraraq öldürüb.
Xaçmaz sakinini elektrovoz vurub. Hadisə rayonun Qusarçay kəndində baş verib.
Yalama Dəmiryol istiqamətində hərəkət edən maşinist Cabir Məmmədovun və köməkçisi Camələddin Ağayevin idarə etdiyi elektrovoz Qusarçay kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Vəlibəyovu vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhumun anasının iddialarına görə oğlunu ora kimlərsə çağırıb aparıb.
Faktla bağlı araşdırma aparılır.