Polis ağır qəza törətdi - Ölən var
27-05-2022, 13:20

Xaçmazda polis əməkdaşı idarə etdiyi avtomobillə piyadanı vurub.

AZİNFORM.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gecə saat 01 radələrində Gəndob-Yalama yolunun Xaçmazın Ləcət kəndində baş verib.

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin manqa komandiri, polis baş serjantı Azər Dadaşovun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə vurduğu 1969-cu il təvəllüdlü Elçin Qədiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, ekspertizalar təyin edilib.





up