"Mirvari park"dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR
10-07-2022, 13:37

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.

AZİNFORM.AZ bildirir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə bağlı yerində yardım göstərilib. /lent.az/






up