Tərtər rayonundan ağır preeklampsiyası olan 38 həftəlik hamilə qadın Bərdə Doğum Evinə müraciət edib. Bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı keçirən qadının arterial təzyiq problemi olub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə TƏBİB-n Bərdə Doğum Evində ana ölümü ilə bağlı məlumatında bildirilir.
“Əməliyyata qəbul edilən qadının vəziyyəti qənaətbəxş olmayıb.
Uşaq əməliyyat yolu ilə ana bətnindən azad edilib.
Reanimasiyaya yerləşdirilən qadının zahılıq dövründə də preeklampsiyası davam edib. Onun müalicəsi üçün Bakı və Sumqayıtdan həkim-mütəxəssislər cəlb edilib, bütün zəruri tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Uşağın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir”.
AZİNFORM.AZ