Qarşısına çıxan avtomobillərin üstünü cızdı, təkərlərini deşdi - ŞOK VİDEO
1-07-2022, 22:53

Sosial şəbəkələrdə uzun saçlı gəncin qarşısına çıxan avtomobilləri cızdığı və təkərlərini deşdiyi barədə görüntülər yayılıb. Kadrlar Rusiya paytaxtındandır.

Videodan aydın olur ki, gənc üzünü gizlətmir və diqqət çəkməkdən qorxmur.

Məlumatlara görə, azı 20 avtomobilə zərər dəyib. Zərərçəkənlər polisə müraciət edib. Gəncin axtarışına başlanılıb.


AZİNFORM.AZ



up