DİGƏR XƏBƏRLƏR
Yollarımızda hələ də sınıq-salxaq, istismara yararsız avtomobillər idarə olunur və bütün bunlar da yol hərəkəti təhkükəsizliyi baxımından təhlükə mənbəyidir.
AZİNFORM.AZ xəbər verir ki, “Vaz 2106” markalı, 15-BG-781 dövlət nömrə nişanlı avtomobilin yolda hərəkət zamanı çəkilən videosu izləyicilərin marağına səbəb olub.
Belə ki, nəqliyyat vasitəsinin raması kuza ilə birləşmədiyi üçün yolda sağa-sola yellənir.
Bu isə avtomobilin texniki cəhətdən tamamilə nasaz vəziyyətdə olduğunu göstərir.