Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsini törədən şəxsləri polisin gizlətdiyi iddia edilib.
Bildirilib ki, “Chevrolet Cruze” markalı maşın yolda hərəkətdə olan “Toyota Prius” markalı avtomobili vurub. Hadisə nəticəsində “Prius”un sürücüsü Mollaəyyublu Məcruh Məcid oğlu ağır xəsarət alıb, o, təcili olaraq xəstəxanaya çatdırılıb.
“Məlumat ilə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gələrək həm müvafiq araşdırmalar aparıblar, həm də nəqliyyatın hərəkətini təmin ediblər. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məlum olub ki, şəhər sakini Sabir Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə işıqforun qadağanedici işığında hərəkəti davam etdirərək şəhər sakini Məcruh Mollaəyyublunun idarə etdiyi “Toyota” markalı avtomobili vurub. Hadisə nəticəsində M.Mollaəyyublu xəsarət alıb, S.Həsənov isə hadisə yerindən yayınıb. Hazırda S.Həsənovun yeri müəyyən edilərək istintaqa cəlb edilib”.
O qeyd edib ki, araşdırmaların nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək.