İş adamı həbsdə öldü
16-06-2022, 17:30

Bakıda həbsxanada daha bir məhkum ölüb.

AZİNFORM.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən Elmas Hüseyn oğlu Osmanov dünyasını dəyişib.

Qeyd edək ki, E. Osmanov “zapçast” biznesi ilə məşğul olub.

O, 2012-ci ildə dələduzluqda ittiham olunaraq həbs edilib.





up