Hindistanlı turist belə axtarılır - DAĞDAN GÖRÜNTÜLƏR
16-06-2022, 13:56

Mayın 13-də Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan vətəndaşı, 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən AZİNFORM.AZ-a verilən məlumata görə, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri nazirliyin Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən keçirilir.

AZİNFORM.AZ





up