Zaqatalada itən turist nazir müşavirinin oğlu imiş - VİDEO
9-06-2022, 15:23

Zaqatalada itkin düşən hindistanlı turistin axtarışları heç bir nəticə verməyib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov məlumat verib.

O qeyd edib ki, bu gündən axtarışlara itən turistin atası da qoşulub.

 
Zaqatalada itən turist nazir müşavirinin oğlu imiş - Atası da axtarışlara qoşuldu

Turistin axtarışlarına xeyli sayda yerli sakinlər də qoşulub.

Ailəsi onu tapan şəxsə böyük məbləğdə mükafat vəd edib.

Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı çıxıb və geri qayıtmayıb.

AZİNFORM.AZ





up