Türkiyədə toy mərasimində 20 nəfər xəsarət alıb.
AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kırıkkalenin Yahşihan rayonunda baş verib. Qohumunun toy mərasimində iştirak etmək üçün Ankaradan gələn 35 yaşlı K.K. bir müddət sonra sərxoş halda qonaqlarla mübahisə edib.
Toy sahibi sərxoş olduğunu görərək onu məclisdən uzalaşdırıb. K.K isə bundan əsəbiləşərək bir müddət sonra idarə etdiyi taksi avtomobilini toyda olan qonaqların üzərinə sürüb.
Hadisə yerinə təcili tibbi yardım həkimləri və polislər gəlib.
K.K və iki dostu qaçmaq istəyən zaman idarə etdikləri avtomobillə qəza törədiblər.
Qəzadan sonra toyda olanlar K.K. ilə M.K. və K.A-nı döyüblər.
Ağır bədən xəsarətləri alan hər üç şəxs xəstəxanaya çatdırılıb və polis nəzarətinə alınıb.