Bakıda "Land-Rover"lə “KamAZ” toqquşub, ölən var
7-06-2022, 10:10

Bakıda "Land-Rover" və “KamAZ” toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZİNFORM.AZ-a verilən xəbərə görə, iyunun 6-da saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V. Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V. Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. /apa/

AZİNFORM.AZ





up