Fəhlələr tullantı qazından zəhərləndi
2-06-2022, 20:26

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

AZİNFORM.AZ-ın "report"a istinadən məlumatına görə, hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə kanalizasiya sistemində çalışan 2 fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.





up