Vətən müharibəsi qazisi intihar etdi
23-05-2022, 12:29

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. 
AZİNFORM.AZ-ın "Kriminalqafqaz”a istinadən məlumatına görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.
Qeyd edək ki, o, Vətən Müharibəsi qazisi və ailəli olub.
Faktla bağlı araşdırma aparılır.




up