Azərbaycanda dəhşətli hadisədə ölən motosikletçinin FOTOSU
22-11-2023, 16:31

Bu gün Lənkəran rayonu ərazisində ağır yol qəzası baş verib.

AZİNFORM.AZ xəbər verir ki, rayonun Hirkan qəsəbəsi ərazisində "KİA" markalı minik avtomobili Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cümşüd Faiq oğlu Qulamovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə 31 yaşlı motosikletçi aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən Cümşüd xeyli vaxt imiş rayonda motosikletçi kimi tanınırmış. Onun fotosunu təqdim edirik.  /publika.az/






up