Ankarada təbii qaz qurğusu bomba kimi partladı - VİDEO
18-11-2023, 00:17

Ankarada 3 mərtəbəli binanın zirzəmisində iş yerində təmir işləri aparılan zaman təbii qazdan partlayış baş verib. Partlayış anı yaxınlıqdakı təhlükəsizlik kamerasına əks olunub.
AZİNFORM.AZ bildirir ki, hadisə binanın birinci mərtəbəsindəki iş yerində baş verib.
Partlayışın təsirindən ətrafdakı park edilmiş avtomobillərə və bir çox mağazaya ziyan dəyib. Partlayış nəticəsində 49 yaşlı bir nəfər yüngül xəsarət alıb. Qısa müddətdə hadisə yerinə təbii qaz problemini həll edən qruplar, polis və sağlamlıq qrupları sövq edilib. Yaralı ehtiyat tədbiri olaraq xəstəxanaya aparılarkən, partlayış anı təhlükəsizlik kamerasına düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

AZİNFORM.AZ




up