DİGƏR XƏBƏRLƏR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşısında yerləşən marketdə tələbələrə keyfiyyətsiz qidaların satıldığı bildirilir.
Bu barədə Bizim.Media-ya sözügedən universitetin tələbələri məlumat veriblər.
Redaksiyamıza göndərilən fotolardan aydın olur ki, universitetin Nəsifbəy Yusifbəyli küçəsindəki 3 tədris korpusu ilə üzbəüz yerləşən marketdə alıcılara kiflənmiş və zəhərlənmə riski böyük olan hot-doqlar satılır.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə sorğu göndərdik.
Mövzunu diqqətdə saxlayacağıq.
AZİNFORM.AZ