Mərakeşdə yeni doğulmuş körpə dağıntılar altından sağ çıxarıldı - VİDEO
12-09-2023, 22:31

Mərakeşdə dağıntılar altında yeni doğulmuş körpə tapılıb. O, güclü zəlzələdən sonra 4-cü gündə aşkar edilib.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Xilasedicilər uşağı həkimlərə təhvil veriblər.

Xatırladaq ki, son rəqəmlərə görə, təbii fəlakət nəticəsində üç minə yaxın insan ölüb.





up