Naxçıvanda kafedə dava: Xəsarət alan var
10-09-2023, 20:05

Naxçıvanda kafedə dava düşüb, bir nəfər xəsarət alıb.

AZİNGORM.AZ-ın xəbərinə görə, dava şəhərin “Söyüdlü” kafesində qeydə alınıb.

Belə ki, baş verən davada Naxçıvan şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayıl Zakir oğlu Həsənov döyülüb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. /lent.az/





up