Bakı Dairəvi yolunda QƏZA – VİDEO
8-09-2023, 11:04

Bakı Dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Yağışlı hava şəraiti səbəbindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Bakı-Sumqayıt şosesindən Dairəvi yola keçiddə VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılıb.

İlkin məlumata görə hadisə nəticəsində ölən olmayıb.  


/bizim.media/



up