Qadın sürücü dəhşətli qəza törətdi - VİDEO
29-10-2022, 21:01

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Qala-Pirallahı yolunda baş verən dəhşətli qəza ilə bağlı məlumat verib.

AZİNFORM.AZ xəbər verir ki, idarənin polis mayoru Araz Əsgərlinin məlumatına görə, KİA markalı avtomobilin sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Ölüm faktı yoxdur.

***

Qala-Pirallahı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yağışlı havada KİA markalı avtomobilin qadın sürücüsü idarəetməni itirib və VAZ-2109 markalı maşınla toqquşub. Daha sonra isə yol kənarındakı yol nişanlarına və üzərində yük maşını olan evakuatora çırpılıb.

Hadisədə ölən və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.





up