Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar
30-08-2023, 09:39

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar.

Bu barədə “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 8 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - deyə o qeyd edib.





up