Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi özünə qıydı - FOTO
28-08-2023, 20:55

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib. 

AZİNFORM.AZ  əldə etdiyi məlumata görə, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. 

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinində çalışırdı. /qafqazinfo/





up