DƏHŞƏTLİ OLAY: Boğulan şəxsi xilas etməyə çalışan 11 NƏFƏR ÖLDÜ - FOTO
25-08-2023, 03:33

Qazaxıstanın Türküstan vilayətində Sırdərya çayında 8-i azyaşlı olmaqla 11 nəfər ölüb. 

AZİNFORM.AZ news24.az-a istinadən xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb. 

İlkin məlumata görə, çay sahilində dincəlməyə gələn şəxslər bir qızın çayda boğulmağa başladığını görüb onu çıxarmağa çalışıblar. Onlar bir-birini xilas etməyə çalışarkən hamısı suda boğulublar.

Sözügedən ərazi üzgüçülük üçün nəzərdə tutulmayıb. 

Çayda boğulanların hamısının cəsədi tapılıb.






up