ABŞ-ın Arizona ştatında bir evin tualetində ilan panikası yaşanıb. Tualetin içində təxminən 2 metr olan ilan gizləndiyi görülüb. Ev sahibi səlahiyyətlilərə xəbər verməyə ehtiyac görmədən ilana özü müdaxilə edib.
AZİNFORM.AZ bildirir ki, evinin tualetindən 2 metrlik ilanı çıxaran şəxs hadisəni kameraya çəkib.
İlanın zəhərli olmadığını anlayan kişi heç bir təhlükəsizlik tədbiri görmədən ilanın quyruğundan tutub dartıb. Kişi qorxmadan ilanı yalın əli ilə çıxartdığı görünür.
İlan uzun müddət müqavimət göstərsə də, tualetdən çıxarılıb. 2 metr uzunluğunda olan ilanı kameraya göstərən kişi sancmaqdan qorxmayıb. Çaxnaşmaya səbəb olan heyvan daha sonra təbiətə buraxılıb.